"Vladimir Qroysmanın rəhbərlik etdiyi Ukrayna hökumətinin istefasını müzakirə etmək vaxtıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukraynanın "Batkivşina" müxalif partiyasının sədri, sabiq baş nazir Yuliya Timoşenko deyib:
"Mən hesab edirəm ki, əhali üçün kommunal xidmətlərə görə tariflər və hökumətin istefası məsələlərini qapalı iclasda müzakirə etməliyik. Bu, korrupsiya və dövlətin səriştəsiz idarəçiliyi deməkdir".
Bu arada "Xalq Cəbhəsi" fraksiyasının rəhbəri Maksim Burbak Ukrayna prezidenti Petro Poroşenkoya səslənib: "Poroşenko Donbas və Krımın qaytarılması üçün plan hazırlamalı və Rada da bunu təsdiq etməlidir".
Samir