Rusiya Müdafiə nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir göndərə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat Antonovun hələlik səfir vəzifəsinə əsas namizəd kimi baxıldığını bildirib. Antonovun səfir göndərilməsi məsələsinə Kremldə 2016-cı ilin payızından baxılır.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri vəzifəsini 2008-ci ildən Sergey Kislyak idarə edir.
Antonov Rusiya müdafiə nazirinin beynəlxalq məsələlər üzrə müavinidir. O, ABŞ-a qarşı sərt siyasi xəttin tərəfdarıdır.