İran prezidenti Həsən Ruhaninin martın sonlarında Moskvaya səfəri zamanı Suriya böhranı ilə bağlı məsələ, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi məsələlər müzakirə ediləcək.
Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
Səfir əlavə edib ki, eləcə də səfər zamanı Xəzər problematikası, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında siyasi, ticari-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.