7 Fevral 2017 09:59
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İran nümayəndə heyətinin iştirakı ilə növbəti dəfə Suriya toplantısı keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Qazaxıstan xarici işlər naziri Kayrat Əbdülrəhmanov deyib.

O bildirib ki, görüş fevralın ortalarında baş tutacaq.

Qeyd edək ki, Suriyada sülh danışıqları ilə bağlı ilk görüş yanvarın 23-24-də, ikinci görüş isə fevralın 6-da keçirilib. Tərəflər Suriyada atəşkəsə əməl olunması üçün üçtərəfli müxanizmlə bağlı müzakirələr aparıb.

Samir


Müəllif:

Oxşar xəbərlər