Suriya prezidenti Bəşər Əsəd "Sana" agentliyinə müsahibə verib.
Teleqraf.com xəbər verir ki, o, müsahibəsində bir çox mühüm məsələlərə toxunub.
İlk olaraq, Əsəd gələcək prezidentin kimliyi məsələsinə aydınlıq gətirib: "Suriya mənim ailəmin mülkü deyil. Bu ölkə Suriya xalqına məxsusdur. Suriyanı hər bir suriyalı idarə edə bilər".
Suriya prezidenti ölkəsindəki böhranla bağlı ABŞ və Rusiyanın əməkdaşlığının vacibliyini vurğulayıb. O bildirib ki, bu iki ölkənin əməkdaşlığı, tək Suriyaya deyil, bütün dünyaya müsbət təsir göstərək: "Trampdan İŞİD və digər terror qruplaşmaları ilə mübarizə məsələsində eşitdiyimiz bəyanatları son 6 ildə biz də səsləndirmişik. ABŞ və Rusiyanın əməkdaşlığının perspektivləri var. Ancaq hələ gözləmək lazımdır".
Əsəd jurnalistin Astana görüşləri ilə ona ünvanladığı sualını da cavablandırıb: "Hələ ki Astana görüşünü
qiymətləndirmək tezdir. Ancaq bu formatda görüşlər Suriya böhranının həllində mühüm addım ola bilər. Hazırda ölkədə atəşkəs hökm sürür. Bu, əsas amildir".
Samir