Ermənistanda Vayk-Meğri avtomobil yolunun birinci kilometrliyində yerləşən qazdoldurma məntəqəsində baş verən partlayış nəticəsində dağıntı olub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə məntəqə ərazisindəki avtomobildə qaz balonunun partlaması nəticəsində olub.
İlkin məlumata əsasən, partlayış məntəqənin kompensator bölməsində baş verib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.