Osmanlını çökdürən ünsürlər bu gün də qalır.
Axar.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.
“Bu gün şər və böhtan ittifaqı birləşib konstitusiya dəyişikliyi ilə bağlı mövqeyimizi tənqid edirlər. 11 oktyabr 2016-cı ildən bu yana həmin birlik yalnız bizə hücum edir. CHP, HDP, FETÖ, PKK, DHKP-C, ÖDP, EMEP, TKP, əli qanlı aydınlıqçılar, sözcülər MHP-yə qarşı gəlirlər. Nəyə görə dəyişikliyə “hə” deyəcəyimizdən sizə nə? İcazəni sizdənmi alacaqdıq? Biz heç kimin arxasınca düşmürük. Qəndil və Pensilvaniyanın başının üstünü kəsdirəcəyimiz günlərə az qalıb. Dünən xalqlara azadlıq deyərək oraq və çəkiclə foto çəkdirən, millətçilərə tələ quran Perinçəkçilər indi az qala bizə millətçiliyi başa salmağa çalışırlar. Bu, necə bir arsızlıq, əxlaqsızlıqdır! Hər kəs eşitsin, Doğu Perinçək və Rəcəb Tayyib Ərdoğan arasında seçim etsək, yenə də cənab Ərdoğanı seçərik. Millət üçün, türklüyün davamlılığı üçün dəyişikliyə “hə” deyəcəyik”.