2016-cı ildə Türkiyədə turistlər 22,1 milyard dollar xərcləyib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, turistlər qida məhsullarına 5 milyard dollardan çox, təyyarə uçuşlarına 3,3 milyard dollar xərcləyib.
Bundan başqa, bir il ərzində Türkiyədə turistlər tərəfindən ayaqqabılara 2,61 milyard, suvenirlərə 1 milyard dollar xərclənib.