Əfqanıstanın paytaxtı Kabildə yerləşən Ali Məhkəmənin binası qarşısında partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb.
Partlayış məhkəmənin parklama meydançasında baş verib.
Məlumata görə, məhkəmə əməkdaşları parklama meydançasında avtobusa minərkən terrorçu-kamikadze avtomobildəki partlayıcı qurğunu işə salıb.
APA