8 Fevral 2017 09:23
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşib. Keçmiş müdafiə naziri Seyran Ohanyanla Serj Sarkisyan arasında qalmaqal getdikcə dərinləşir. O, Ermənistan rəhbərini 1 mart hadisələrinin təşkilatçılığında ittiham edir.

Tərəflər doqquz il əvvəl İrəvanda martın 1-də baş verən qırğınlarda bir-birilərini günahlandırırlar.

2008-ci ilin martın 1-i Ermənistan tarixinə qara hərflərlə yazılıb. Həmin gün baş verən qanlı toqquşmada 10 nəfər dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcədə xəsarət alıb, daha 100 nəfər isə həbs edilib. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. Doqquz il sonra həmin iğtişaşlar yenidən hadisələrin iştirakçısı, keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən Ermənistan gündəminə gəlib.

S.Ohanyan jurnalistlərə müsahibəsində bildirib ki, onlara həmin gün İrəvanın küçələrinə qoşun yeridilməsi tapşırığı verilib. Müdafiə Nazirliyinin tabeliyində olan hərbçilərin böyük hissəsi S.Sarkisyana və onun klanına məxsus obyektlərin mühafizəsinə cəlb olunub. Xüsusi təyinatlı qoşunlar isə dinc əhalinin üzərinə yeridilib. Aksiya zamanı iğtişaşları da S.Sarkisyanın mülki geyimdə olan adamları törədib. Bu isə nümayişçilərə atəş açmaq üçün bəhanə olub.

Ermənistanın Xüsusi Təhqiqat Xidmətinin keçmiş üzvü Andranik Koçaryan da baş verənlərdə S.Sarkisyanın birbaşa iştirakı olduğunu deyib. O bildirib ki, 1 mart qurbanları cəmiyyətə cinayətkar kimi təqdim edilir. Onlar sadəcə Ermənistanda növbəti prezident seçkisindən sonra seçkinin nəticələrinə etiraz edən dinc sakinlər olublar.

Xatırladaq ki, 2008-ci il martın 1-dən 2-dək davam edən etiraz aksiyası mitinq iştirakçıları ilə polis arasında qarşıdurma ilə yekunlaşıb. S.Sarkisyan isə hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkə rəhbəri kimi cinayətkar mahiyyətinə uyğun fəaliyyətini davam etdirməkdədir./Azərtac


Müəllif:

Oxşar xəbərlər