Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Ağ Evin görüşün təfərrüatları ilə bağlı məlumat yaymasından sonra Ankara tərəfi də telefon danışığının bəzi detallarını açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, son dərəcə müsbət və səmimi keçən danışıq zamanı liderlər bəzi məsələlərdə anlaşıblar.
Ərdoğan 15 iyul hadisələri ilə bağlı amerikalı həmkarını məlumatlandırıb və Vaşinqtonun Fətullahçı Terror Təşkilatı ilə mübarizədə Türkiyənin yanında olacağına inandığını bildirib. O, Trampa ABŞ-ın PYD/YPG terror təşkilatlarına dəstəkdən vaz keçməsinin vacibliyini vurğulayıb. Liderlər Əl-Bab və Rakkada birgə əməliyyatla bağlı razılıq əldə ediblər.
Məlumatlarda Ərdoğan və Trampın ən yaxın zamanda görüşəcəyi qeyd edilib.
Samir