“Amerikanın təhdidlərini nəzərə alaraq, İran nüvə sazişi ilə bağlı çətin günlərlə üz-üzə qala bilər”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında deyib.
O, Tehranla Qərb arasında əldə edilən nüvə sazişindən və Amerikanın yeni prezidenti Donald Trampın bu sazişə qarşı səsləndirdiyi bəyanatlarından danışıb:
“Nə İran, nə də avropalılar nüvə sazişi ilə bağlı əlavə danışıqların aparılmasını qəbul edəcək. Bu saziş yalnız Amerika ilə bağlanmış bir saziş deyil. Bu, bir neçə ölkə arasında imzalanmış razılaşmadır və biz bu barədə təkrar müzakirələrin aparılmasını qəbul etməyəcəyik.
Əldə edilən nüvə sazişi artıq bir gerçəklikdir. Baxmayaraq ki, amerikalılar istər Obama dövründə, istərsə də Tramp dövründə onun icrasına yardım etmirlər, lakin bir saziş var və tədricən də icra olunmaqdadır. Avropa ölkələri və dünya bu sazişin icrasına israr edirlər, amerikalılar isə onun haqqında başqa cür danışırlar. Son vaxtlarda da Tramp bu razılaşmanı “ən pis saziş” adlandırıb. Bu isə qəbuledilməzdir”.
Samir