Amerikada prezident seçkiləri zamanı Demokrat Partiyasından namizədlərdən biri olan Bernie Sandersi dəstəkləyən 73 yaşlı qadın 22 il birgə yaşadığı həyat yoldaşından ayrılıb. Buna səbəb həyat yoldaşının Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləməsi olub.
Teleqraf.com xəbər verir ki, 73 yaşlı xanım həyat yoldaşının bu addımını qiymətləndirərkən deyib ki, özünü xəyanətə uğramış biri kimi hiss edir. Kaliforniyada yaşayan Gayle Mccormick ərinin mühafizəkar respublikaçı olduğunu bildiyini, ancaq Trampa səs verdiyini öyrənincə, “bu illər ərzində ərim məni sadəcə dolayırmış” kimi qərara gəldiyini ifadə edib: “Aramızda daha əvvəllər olan problemlərin üzərinə biri də gəldi. Mən gəncliyimdə belə bu şeyləri qəbul edə bilməzdim”.
Amerika tarixində toplumun ən çox qütbləşdiyi seçki ili olaraq tarixə düşən 8 noyabr 2016-cı il seçkiləri ölkədəki ailə institutlarına da ciddi təsir edib.
Reuters Agentliyi və “İpsos” Araşdırma Şirkətinin 27 dekabr-18 yanvar tarixlərində 6 min 426 vətəndaş arasında apardığı sorğuya əsasən ailə və yaxın dostlar seçkilərlə bağlı az 1 dəfə mübahisə ediblər.
Sorğuya görə, seçkilər səbəbindən ailə və yaxın münasibətdə olan cütlüklərdə münasibətlərin dayandırılması halı 13 faiz təşkil edib. Sosial media vasitəsilə dostları ilə münasibətləri dayandırlanlar isə 17 faiz təşkil edib.
Cavad