Yunanıstanda işdən çıxarılan minə qədər xilasedici İnzibati İslahat Nazirliyinin binasını tutublar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, narazılar nazir Olqa Qervasili ilə görüş tələb ediblər. Amma nazir görüşdən imtina edib.
Qeyd edək ki, Yunanıstanda 5 il əvvəl işə götürülən təxminən 2 min xilasedici ilə müqavilələri yenilənməyib.