"Krımın ilhaqı başa çatmayana qədər Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin sözçüsü Sin Spiser deyib:
"BMT-dəki təmsilçimiz bu məsələdə mövqeyimizi açıq bildirib. Rusiya Krımdan çıxmayana qədər sanksiyaları nəzərdən keçirməyəcəyik".
Spiser bildirib ki, amerikalı senatorlar prezident Rusiyaya qarşı sanksiyaların ləğvi barədə qərarı əngəlləmək üçün Konqresə veto haqqında qanun layihəsi təqdim edəcəklər.
Məlumatlara görə, sanksiyaların ləğvini nəzərdə tutan qərar layihəsi 120 gün müddətində senatorlar tərəfindən müzakirə edilməli və ABŞ Konqresinə verilməlidir.
Samir