9 Fevral 2017 16:59
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İranın bu gün səhər saatlarında raket sınağı həyata keçirməsi ilə bağlı informasiyalar həqiqətə uyğun deyil".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran müdafiə naziri Hüseyn Dehqan deyib.

Onun sözlərinə görə, bu, amerikalıların uydurmasıdır: "Onların əsas məqsədi iranafobiya və düşmənçilik yaratmaqdır".

Qeyd edək ki, Fox News telekanalı Pentaqon rəsmilərinə istinadən İranın Tehrandan şərqdəki hərbi baza yaxınlığında bu gün raket sınağı həyata keçirməsi ilə bağlı məlumat yaymışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər