9 Fevral 2017 23:53
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında müqaviləni tənqid atəşinə tutub.

Bu haqda “Reuters” söhbətin məzmunu ilə tanış olan ABŞ administrasiyasının keçmiş əməkdaşları olan 2 vəzifəli şəxsə istinadən məlumat yayıb.

Mənbələr deyib ki, Vladimir Putin sözügedən müqavilənin uzadılmasının mümkünlüyü haqqında məsələ qaldırıb. Bu zaman isə Tramp söhbəti kəsərək bildirib ki, bu barədə köməkçilərindən soruşacaq.

“Sonra Putin dedi ki, bu müqavilə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası tərəfindən əldə olunmuş razılaşmalardan biri idi. O qeyd edib ki, bu müqavilə Rusiya üçün əlverişli idi”-deyə “Reuters” bildirib.
Agentlik qeyd edib ki, liderlərin telefon danışığı zamanı Putin bir sıra mübahisəli məsələlərin, danışıqların yenilənməsi üzrə məsələ qaldırıb.

Xatırladaq ki, ABŞ və Rusiya rəhbərləri yanvarın 28-də telefonla danışıblar.

Qeyd edək ki, 2010-ci ilin aprelin 8-də ABŞ və Rusiyanın o zamankı prezidentləri (Barak Obama və Dmitri Medvedev) Praqada Strateji Hücum Silahlarının ixtisarı haqqında yeni müqavilə imzalayıblar.

Müqavilə paritet əsasda imzalanıb. 2002-ci il Moskva sazişi ilə müqayisədə tərəflər döyüş başlıqlarının sayını 1/3 dəfə (1550-yə qədər) azaltmalı idilər.
/Modern.az/


Müəllif:

Oxşar xəbərlər