ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flin Donald Trampın inauqurasiyasından 1 ay əvvəl Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakla görüşüb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Washington Post" nəşri məlumat yayıb. Görüş zamanı diplomatlar Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsini müzakirə ediblər.
Danışıqların nəticəsinə görə, Barak Obamanın 2016-cı ildə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ləğv edilə bilər.
Qeyd edək ki, ABŞ-ln BMT-dəki daimi nümayəndəsi sanksiyaların Rusiyanın Krımdan çıxmasından sonra ləğvinin mümkünlüyünü bildirmişdi.
Samir