10 Fevral 2017 14:11
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya qırıcıları Suriyada Türkiyənin verdiyi koordinatlarla uçuşlar həyata keçirib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:

"Koordinatlara görə orada türk hərbçiləri olmamalı idi. Vəziyyət hər iki tərəfə məlumdur, heç bir mübahisəli məqamlar yoxdur. Hadisə məyusedicidir".

Qeyd edək ki, Rusiya qırıcıları səhvən türkiyəli əsgərləri vurub. Hadisə zamanı 3 əsgər ölüb, 11 nəfər yaralanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər