Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs fevralın 12-14-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Edqars Rinkeviçsin fevralın 13-də xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
Səxavət