Filippində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, zəlzələnin episentri Talisay şəhərindən 2 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində olub.
Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat verilməyib.
Seysmoloji idarənin yaydığı məlumatda sunami təhlükəsi olmadığı qeyd olunub.