11 Fevral 2017 20:55
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süd vəzisindəki toxuma sıxlığının bədxassəli şişin əmələ gəlməsinin əsas səbəblərindən biri olduğu müəyyən edilib.

Alimlər bu qənaətə 200 min amerikalı qadın üzərində aparılan tədqiqatın nəticəsində gəliblər.

Araşdırmalarda iştirak edənlərin 18 minində döş xərçəngi aşkar edilib. Alimlər qadınları hüceyrə sıxlığı səviyyəsinə görə qruplara ayırıblar. A qrupuna daxil olanların sinələri tamamilə yumşaq piy hüceyrələrindən, D qrupunun iştirakçılarının isə ümumi döş toxumalarının təxminən 75 faizinin sıx vəzi toxumasından ibarət olduğu aşkarlanıb. Alimlər aparılan tədqiqatın nəticələrini daha öncə elmə bəlli olan risk faktorları ilə müqayisə edib, onların hər birinin bədxassəli şişin əmələgəlmə ehtimalına nə qədər təsir etdiyini hesablayıblar.

Nəticədə bəlli olub ki, digər amillərə nisbətən toxuma sıxlığı bədxassəli şişin əmələgəlmə ehtimalını artırır. Belə ki, hesablamalara görə menopauza dövrünə çatmamış gənc qadınların 39 faizində döş xərçənginin riskini toxuma sıxlığını azaltmaqla aradan qaldırılması mümkündür./Azərtac/


Müəllif:

Oxşar xəbərlər