11 Fevral 2017 23:10
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona” adlandırılan inzibati rayonu reaktiv raketlərdən atəşə tutulub. APA-nın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi xəbərə görə, atəş bu dəqiqələrdə də davam etdirilir. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.


Qeyd edək ki, bundan əvvəl Bağdadda kütləvi etirazlar zamanı iğtişaşlar baş verib. Son məlumata görə, etirazçılarla polis arasında toqquşmalarda 7 nəfər ölüb.


Müəllif:

Oxşar xəbərlər