12 Fevral 2017 11:22
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yaponiyaya kömək göstərməkdə davam edəcək, bu ölkə gözəl müttəfiqdir. Bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı “Mar-a-Logo” elit istirahət mərkəzində Baş nazir Şinzo Abe ilə görüşdən sonra mətbuat qarşısında çıxışında bildirib.

ABŞ Prezidenti deyib: “İstəyirəm hamı başa düşsün və dəqiq bilsin ki, Birləşmiş Ştatlar Yaponiyaya kömək etməkdə davam edəcək, bu ölkə 100 faiz böyük müttəfiqdir”.

Jurnalistlərin Şimali Koreya tərəfindən raket buraxılşı barədə suallarına baxmayaraq, D.Tramp əlavə heç bir bəyanat verməyib.

Xatırladaq ki, Şimali Koreya fevralın 12-də səhər Yapon dənizi istiqamətinə ballistik raket buraxıb.


Müəllif:

Oxşar xəbərlər