12 Fevral 2017 13:58
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq hava axını Yaponiyanın qərb sahillərini əhatə etməkdədir. Nəticədə Yapon dənizi sahillərində güclü qar yağması qeydə alınıb.

Milli Meteorologiya Agentliyinin məlumatına görə, yağıntı fevralın 12-də də davam edəcək.

NHK telekanalının yaydığı xəbərdə bildirilir ki, fevralın 11-də Yaponiyanın qərbində yerləşən Tottori şəhərinə yağan qarın qalınlığı 91 santimetrə çatıb. Son 33 ildə həmin şəhərə yağan qar ilk dəfə 90 santimetrdən çox olub.


Müəllif: