Türkmənistanda seçkinin ilk 4 saatı ərzində seçicilərin 51 faizi səs verib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkmənistan MSK-dan bildiriblər.
"Saat 11.00-dək Türkmənistan prezident seçkilərində seçicilərin 51,45 %-i səs verib", - məlumatda bildirilir.
Ən yüksək nəticələr aşağıdakı bölgələrdə qeydə alınıb: Axal vilayəti 58,77%, Balkan vilayəti 51,52%, Daşoğuz vilayəti 52,84%, Lebap vilayəti 51,90%, Marıy vilayəti 49,40%, Aşqabad şəhəri 45,02% .
Nihad