12 Fevral 2017 14:59
335

Hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti seçkilərində səs verib.

Trend-in Türkmənistanın dövlət informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Türkmənistan dövlət başçısı səsverməyə ailəsi ilə birlikdə gəlib.

Türkmənistanda saat 15:00 olan məlumata görə, seçicilərin 86,93 faizi səs verib. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçkilər Komitəsi məlumat yayıb.

Prezident seçkiləri bu gün yerli vaxtla saat 07:00-da başlayıb. Səsvermə 19 saat davam edəcək.

Seçkilərdə, səsvermədə iştirak etmiş seçicilərin səslərinin yarısından çoxunu qazanmış namizəd seçilmiş sayılır.

Dövlət başçısı yeddi il müddətinə seçilir.


Müəllif: