12 Fevral 2017 17:34
1 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə silahlı qüvvələrinə məxsus xüsusi təyinatlı dəstə PKK-nın son sığınacaqlarını darmadağın edib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qış aylarında 125 sığınacaq dağıdılıb.

Son 5 ayda PKK ilə bağlı 8 min 477 nəfər saxlanılıb, onlardan 2 min 603 nəfərin barəsində həbs qətimkan tədbiri seçilib. PKK-ya dəstək vermiş 79 bələdiyyə müəyyən edilib. PKK-nın 49 rəhbər şəxsi yaxalanıb. 689 terrorçu məhv edilib.

Ayxan


Müəllif: