12 Fevral 2017 16:59
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hamburq şəhərindəki aeroporta 50 nəfərdən artıq adam naməlum maddənin sızması nəticəsində xəsarətalıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, hava limanı bağlanıb, uçuşlar dayandırılıb. Bütün terminallardan insanlar evakuasiya edilib.

Bild-in xəbərinə görə, sızma kondisioner sistemindən baş verib. Hazırda ekspertlər hadisənin səbəbini və naməlum maddənin nədən ibarət olduğunu aydınalşdırmağa çalışırlar.

Zərər çəkən şəxslər öskürək, tənəffüsun çətinləşməsi, gözlərinin qıcıqlanmasından şikayət edirlər.

Nihad


Müəllif: