13 Fevral 2017 12:45
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında yağan güclü yağışlar nəticəsində Orovil şəhəri yaxınlığında yerləşən su elektrik stansiyasında daşma təhlükəsi yaradıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hazırda şəhərdə təcili evakuasiya işləri başlayıb. Orivil şəhərinin əhalisi Çikoya köçürülür. Kaliforniya rəhbərliyinin məlumatına görə, artıq 130 min insan təxliyə edilib. Təxliyə işləri Layv Ok, Merisvill, Uitlend, Plamas Leyk, Olivxerst, Qridli, Orovil və Yuba-siti şəhərlərində həyata keçirilib.

Assoşeyted Press agentliyi şəhər çıxırşlarından uzun tıxacların meydana gəldiyini açıqlayıb. Agentlik həmçinin, bölgədə fövqəladə vəziyyətin elan edildiyini bildirib.

Qeyd edək ki, hazırda SES-də 4,3 milyard kub su var.

Samir


Müəllif: