13 Fevral 2017 16:13
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslamabad Ali Məhkəməsi Pakistan ərazisində Müqəddəs Valentin günü - Sevgililər Gününün qeyd olunmasını qadağan edib.

Xeber365.com RİA "Novosti"yə istinadən bildirir ki, hökm bayramın qadağan olunmasını tələb edən və onun İslam ənənələri ilə heç bir əlaqəsinin olmamasını qeyd edən petisiyaya baxılması əsasında verilib.

Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən qeydetmə qadağandır. Eyni zamanda, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan edilib.

Xatırladaq ki, Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur.


Müəllif:

Oxşar xəbərlər