Belçikanın Antverpen məhkəməsi fevralın 13-də 24 yaşlı Vilvord şəhər sakini Hakim Əluassakini Suriyada “terror qətlləri” törətmək ittihamı ilə 28 il müddətinə azadlıqdan məhrum edib.
“Report” “Libre Belgique”yə istinadən xəbər verir ki, H.Əluassaki Suriyanın Hələb şəhərində 40 yaşlı müsəlmanı qətlə yetirdiyini boynuna alaraq buna onu terrorçuların məcbur etdiyini deyib.
Məlumata görə, Belçikanın xüsusi xidmət orqanları H.Əluassakinin rəfiqəsi ilə telefon danışığını məhkəməyə təqdim ediblər. O, həmin telefon danışığında rəfiqəsinə girov götürdükləri şəxsin ailəsi pul vermədiyindən qətl törətdiyini deyib.
Qeyd edək ki, Suriyadakı terrorçular tərəfindən döyüşdükdən sonra ölkəyə qayıdan Belçika vətəndaşı ilk dəfədir mühakimə olunur və cəzalandırılır.