Pakistanın Lahor şəhərində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 82-yə çatıb.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, bu barədə "France Press" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, partlayış şəhərin mərkəzi meydanlarının birində mitinq keçirilən zaman törədilib.
Hadisə yerinə çoxlu sayda xilasedicilərin cəlb olunduğu məlumat verilib.