Avstriyada özünü "Hitler"ə bənzədən şəxs nasist dövrünü təbliğ etməkdə ittiham edilib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Avstriya polisi məlumat verib:
"25 yaşlı gənc özünü Harald Hitler adlandırır. O, Braunau am Inn şəhərində yerləşən Adolf Hitlerin doğulduğu evin önündə şəkil çəkdirib. Harald bu yaxınlarda Almaniya sərhədində yerləşən şəhərə köçüb. Şəxsin şəkilləri Avstriyanın Heute.at xəbər saytı tərəfindən bazar ertəsi yayımlanıb. Hitler erasını təbliğ etmək Avstriyada cinayət sayılır".
Qeyd edək ki, ötən ilin oktyabrında Avstriyanın hakimiyyət orqanları Hitlerin adını daşıyan doğum evinin sökülməsi ilə bağlı qərar qəbul edib.
Samir