14 Fevral 2017 15:45
341

“Son vaxtlar Səudiyyə Ərəbistanının İrana qarşı tutduğu mövqe göstərir ki, bu ölkənin İran İslam Respublikası və regionun real durumu haqda kifayət qədər məlumatı yoxdur”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözüsü Bəhram Qasimi “Əl-Aləm” telekanalına müsahibəsində deyib.

O bildirib ki, Səudiyyənin yürütdüyü bu siyasət tamamilə yanlışdır:

“Bu ölkə məlumatsızlıq ucbatından İrana qarşı belə bir mövqe sərgiləyir. Birləşmiş Ərəb Əmirliklərindən də çox şey gözləmək olmaz. Çünki bu ölkə Səudiyyə Ərəbistanının müttəfiqi sayılır.

Zaman sürətlə irəliləyir. Regionda da olaylar çox sürətlə baş verir. Gələcək haqqında proqnoz vermək çətindir. İranın regiondakı yeri və mövqeyi şəffafdır, hamıya bəllidir. Elə buna görə də hesab edirəm ki, Səudiyyə Ərəbistanı bölgənin, eləcə də İranın regiondakı çəkisini və mövcud reallıqları nəzərə alaraq, siyasətini tənzimləməlidir”.

Samir


Müəllif: