14 Fevral 2017 22:10
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşmənin təhdidlərinə baxmayaraq, İran özünün raket sənayesini genişləndirməkdən əl çəkməyəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İranın vitse-prezidenti İshaq Cəhangiri deyib.

O, Tehranda keçirilən bir tədbirdə çıxış edərək, ölkənin raket proqramından və Qərbin, o cümlədən də Amerikanının bununla bağlı təhdidindən danışıb:

“8 illik İran-İraq müharibəsində düşmənlərin Saddam Hüseyn rejiminin ixtiyarına qoyduğu modern qırıcılar və raketlərlə İraq bizi hədəfə alır, ölkənin böyük bir hissəsi raket atəşinə tutulurdu. Lakin vaxtilə İraq hökumətini hər cür silah və modern raketlərlə təmin edən fövqəldövlətlər bu gün millətimizlə təhdid dili ilə danışır, deyirlər ki, əgər raket sahəsindəki fəaliyyətinizdən əl çəkməsəniz və raket sınaqlarını dayandırmasanız sizə sanksiya qoyacağıq.

Lakin onlar bilməlidir ki, 8 illik müharibə dövrünü təcrübə etmiş bir millət onların bu istəyi ilə razılaşa və özünün raket sənayesindən imtina edə bilməz”.

Samir


Müəllif:

Oxşar xəbərlər