15 Fevral 2017 01:25
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirman əyalətinin Kəhnuc şəhərində vətəndaşların qeydiyyat idarəsinin rəisi Fəhim Vəziri naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Fəhim Vəziri işdən evinə qayıdarkən baş verib.

Motosiklet sürən və üzlərinə maska taxan iki naməlum silahlı şəxs Fəhim Vəziriyə yaxınlaşaraq, odlu silahdan bir neçə dəfə ona atəş açıblar. Ağır güllə yarası alan idarə rəisi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hücumçuların hadisədən sonra naməlum istiqamətdə qaçdığı bildirilib. Cinayətin səbəbləri hələlik bəlli deyil.

Samir


Müəllif: