15 Fevral 2017 17:48
343

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Pompeo Abbasla görüşmək üçün bu gün Şərqi Qüdsdəki Ramallah şəhərinə gəlib.

Siyasi və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi görüşün bu gün Qüdsdə keçiriləcən Netanyahu-Tramp görüşündən əvvəl baş tutması diqqət çəkib.

Görüşə Fələstin kəşfiyyatının müdiri Məcid Fərəc də qatılıb.

Samir


Müəllif: