16 Fevral 2017 09:21
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Suriya probleminin həlli üzrə ikitərəfli görüşlər başlayıb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Anuar Jaynakov məlumat verib.

Onun sözlərinə görə, görüşlərdə Suriyada atəşkəs rejiminə əməl olunması ilə bağlı mexanizmin yaradılması və bu rejimi pozanlara qarşı sanksiyaların tətbiqi məsələləri müzakirə ediləcək.

Jaynakov əlavə edib ki, müxalif qüvvələrin nümayəndələri görüşlərə gecikir.

Samir


Müəllif:

Oxşar xəbərlər