“İrandakı mövcud ağır iqtisadi durum cəmiyyətin kasıb təbəqəsinin tədricən dindən və məzhəbdən uzaqlaşmasına səbəb olub”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Tehranın cümə namazının başqanı axund Məhəmmədəli Müvəhhidi Kirmani deyib:
“Biz dünənə qədər düşmənlərimizə qarşı cəbhədə vuruşurduq. Lakin bizim bu savaşımız bu gün ölkədəki mövcud iqtisadi problemlərə yönəlib. Çünki düşmən bizi iqtisadi baxımdan zəiflətmək istəyir. Məqsədi isə insanlarımızı təzyiq altında saxlayaraq, onları hakim sistemdən və inqilabdan uzaqlaşdırmaqdır. Biz iqtisadi baxımdan o qədər inkişaf etməliyik ki, düşmən qarşısında dayana bilək. Belə olduqda isə düşmənin bizə qarşı təzyiqi öz təsirini itirəcək”.
Samir