"Rusiya Ukraynanın şərqində baş verənlərə görə məsuliyyət daşımalıdır".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Maykl Pens Twitter hesabında yazıb:
"Biz elə etməliyik ki, Rusiya öz hərəkətlərinə görə məsuliyyət daşısın və Minsk öhdəliklərini yerinə yetirsin".
Pens İranın ballistik raket sınağı ilə bağlı da fikirlərini bölüşüb. Deyib ki, ABŞ İranın nüvə silahına sahib olmaması üçün bütün lazımi tədbirlədən istifadə edəcək.
Samir