18 Fevral 2017 21:48
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elazığda səfərdə olan Türkiyə prezidenti Ərdoğanın konvoyunda qəza baş verib.

Teleqraf.com-un CNN Türk-ə istinadən xəbərinə görə, qəza zamanı mühafizə məmurlarından biri yaralanıb.

Hadisə Ərdoğanın içində olduğu avtobus bələdiyyədən ayrılan zaman baş verib. Prezident avtobusdan enərək vəziyyətə müdaxilə edib. O, qəzadan sonra uzun müddət mühafizə məmurunun yanında olub.

Yaralanan şəxs xəstəxanaya aparılıb.

Nihad



Müəllif: