Konqo Demokratik Resublikasında silahlılar 25 dinc sakini öldürüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, silahlılar "May-May-Mazembe" qruplaşmasının üzvləri olub.
Xəbərdə deyilir ki, öldürülən dinc sakinlər Xutu millətindən olublar. Silahlılar hücumunun səbəbləri açıqlanmır.