19 Fevral 2017 12:28
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Oş vilayətinin cənubunda, Çon-Alay rayonunda qar uçqunu olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qar uçqunu Jaş-Tilek qəsəbəsində bir neçə birmərtəbəli yaşayış evlərinin qar altında qalmasına səbəb olub.

Xilasetmə dəstələri hadisə yerinə gələnə qədər yerli sakinlər qar uçqunu altında qalan 7 nəfərdən 5 nəfəri xilas edib. Qar uçqunu altında qalan 2 uşağın həyatını xilas etmək isə mümkün olmayıb.


Müəllif:

Oxşar xəbərlər