19 Fevral 2017 12:40
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində havaların kəskin soyuması nəticəsidə Əfqanıstanın şimalında 14 nəfər həlak olub.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Cauzcan vilayətinin qubarnatoru Rəhmətullah Haşar bildirib.

"Dərzab əyalətində güclü qar yağması səbəbindən 5 çoban donaraq ölüb", - o, bildirib.

Təbii Fəlakətlər İdarəsinin rəhbəri Əziz Rəhman Aymaq isə bildirib ki, Sari-Pul vilayətkində də 5 nəfər soyuq havanın qurbanı olub.

Bədəxşanda isə güclü şaxtadan 4 nəfər donaraq ölüb. Ölənlər arasında uşaqlar da var.

Nihad


Müəllif:

Oxşar xəbərlər