19 Fevral 2017 23:38
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın paytaxtı Boqota şəhərində partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb. Ölən şəxsin və xəsarət alanlardan 20-nin polis əməkdaşı olduğu bildirilir.

Partlayış nəticəsində bir neçə yaşayış evi və tikililərə ziyan dəyib. Partlayıcı qurğu şəhərin mərkəzində polis korteji keçərkən işə salınıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər