20 Fevral 2017 08:17
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevin mərkəzində toqquşmalar zamanı xalq deputatı Yeqor Sobolyev döyülüb.

Bu barədə o özü "Facebook" səhifəsində yazıb.

"Prezident Poroşenko və daxili işlər naziri Avakovu təbrik edirəm. Bankovaya ərazisinə bir neçə min hüquq mühafizəçisi cəlb ediblər. Bu cənablar işğal altında olan ərazilərlə ticarətə qarşı çıxan insanların mitinqini dağıtmağa, bəzilərini tutmağa, bir qismini xəstəxanalıq etməyə, ən əsası isə bizim Bankovaya və İnstitutski tinlərində qurmaq istədiyimiz çadırları dağıtmağa müvəffəq oldular", - deyə o yazıb.

"Nə deyəsən? Kim bizimlədir, kim anlayır ki, bunu daha belə qoymaq olmaz, gəlsin. Kim indi gecə vaxtı gələ bilmirsə, sabah saat 19:00-da sütunun altında onu gözləyirik", - deyə Y. Sobolyev əlavə edib.
/Report.az/


Müəllif:

Oxşar xəbərlər