Suriyada müxalif qüvvələr Əsəd rejiminin nəzarətində olan Həma şəhərinin şimalına doğru hücuma keçib.
Axar.az xəbər verir ki, müxaliflər hökumət qərargahının yerləşdiyi Kernaz bölgəsinə irəliləməyi planlaşdırırlar.
Məlumata görə, hücum Muğira və Biridij kəndlərinin top və raket atəşinə tutulmasından sonra başlayıb.
Belə ki, əməliyyatlarda “Ceyşul Nasr”, “Ceyşul İzze”, “Furkatul Vusta” kimi qruplaşmalar iştirak edir.