21 Fevral 2017 21:39
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan həbs oluna bilər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, müxalif blokla apreldə ölkədə baş tutacaq seçkilərə qatılmağa hazırlaşan Ohanyan 2015-ci ilin noyabrında İrəvanda saxlanılan silahlı qruplaşmaya dəstək verməkdə ittiham olunur.

Məlumatlara görə, Ohanyanın seçkilərdə qalib gələ biləcəyindən qorxuya düşən Serj Sarkisyan bu addımla onu zərərsizləşdirməyə çalışır.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) 2015-ci il noyabrın 25-də Yerevanda Ermənistan vətəndaşı Artur Vardanyanın rəhbərlik etdiyi silahlı qruplaşmanı saxladığını bəyan edib. MTX-nin məlumatına görə, hərbi əməliyyatlarda iştirak təcrübəsinə və hərbi bacarıqlara malik A.Vardanyan hakimiyyəti ələ keçirmək məqsədilə cinayət qruplaşması yaradıb. 2015-ci ilin may ayından A.Vardanyan Ermənistan vətəndaşlarının qruplaşmaya cəlb edilməsinə, silah və sursat axtarışlarına, eləcə də hakimiyyətin ələ keçirilməsinə yönəlmiş digər addımlar atmağa başlayıb. MTX A.Vardanyanın silahlı qruplaşmasının 2015-ci il noyabr ayının ortalarında Ermənistanda dövlət çevrilişi etməyi planlaşdırdığını bildirib.

İttiham aktı ilə əlaqədar müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyan həbs olunub. Məhkəmədə çıxışı zamanı o, Ohanyanın bu işdə əli olmadığını bildirib.

Samir


Müəllif: