Birləşmiş Ştatların Missisipi ştatının Loderdeyl dairəsi ərazisində yerləşən şəxsi evlərdən birində baş verən atışma zamanı biri 5 yaşlı uşaq olmaqla 4 nəfər qətlə yetirilib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı dairə şerifi Uord Kalhun məlumat verib.
Onun sözlərinə görə, evdə üç qadın və bir uşaq meyiti aşkar edilib. İlkin məlumatlara görə, onlar bir ailənin üzvləri olublar.
Atəşin kim tərəfindən və hansı səbəbdən açıldığı məlum deyil. Cani hadisə yerindən qaçıb.
İnsident zamanı evdə daha bir uşaq olub, lakin ona heç bir zərər dəyməyib.